“Milli-mənəvi dəyərlər: müasirlik və ənənəvilik” mövzusunda dəyirmi masa

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan şəhərində gənclərin iştirakı ilə “Milli-mənəvi dəyərlər: müasirlik və ənənəvilik” mövzusunda dəyirmi masa təşkil olunub.
Giriş sözü ilə çıxış edən nazirliyin əməkdaşı Azadə Əliyeva tədbirin məqsədi barədə məlumat verərək milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.
Sonra Ali Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.
İnteraktiv formatda keçirilən müzakirələr zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, iştirakçıların təklif və fikirləri dinlənilib.